Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Novxanıda vətəndaşları fərdi qaydada qəbul etdi.

27 iyul 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Novxanı kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Novxanı kənd bələdiyyəsinin inzibatı binasında baştutan qəbulda Abşeronda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən danışan başçı Novxanı kəndində 2 yeni bağçanın, 1 məktəbin və ambulatoriyanın tikilərək istifadəyə verildiyini bildirib.

Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.

Abşeronun digər kənd və qəsəbələrində olduğu kimi, Novxanı kəndində də əhalinin sayının surətlə artdığını və bu səbəbdən də təbii olaraq müəyyən təlabatların yarandığını, onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü qeyd edən İ.Gülməmmədova vurğulayıb ki, kənddə yeni salınan yaşayış məntəqələri də kommunikasiya xəttləri ilə təmin edilib.

Daha sonra kənd sakinlərini çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.

Çıxışçılar Abşeron rayonunda, eləcə də Novxanı kəndində aparılanyə su xəttinin çəkilməsini, Novxanı yolunda piyada zolağı və surət həddini ehtiva edən yol nişanlarının qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 13 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Keçidlər