Şriftin ölçüsü :

Saytın rəngi :

Mehman Mustafayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olundu.

03 avqust 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixdə Dövlət qulluqçularının təltif edilməsi haqqında imzaladığı Sərəncamla Abşeron rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Mustafayev Mehman Nəcəf oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

TƏRCÜMEYİ-HAL

Mustafayev Mehman Nəcəf oğlu 1977-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda ziyallı ailəsində anadan olub. 1984-cü ildə Sədərək rayonunun 1 nömrəli orta məktəbinə qəbul edilmiş, 1992-ci ildə orta təhsilini Bakıda, yəni Azərbaycan Tibb Universitetinin Kimya-biologiya təmayüllü litseyində davam etdirmiş və 1994-cü ildə bitirmişdir. Həmin il Təfəkkür Üniversitetinin hüquq fakultəsinə daxil olmuş, 1998-ci ildə universiteti bitirmişdir.Universitetdə oxuduğu müddətdə hərbi kafedrada hərbi sirlərə yiyələnmiş və eyni zamanda leytenant rütbəsi almışdır. Ehtyiatda olan zabitdir.

M.Mustafayev 2001-ci ilin noyabr ayından 2002-ci ilin yanvar ayına kimi Abşeron RİH-də İstehlak Bazarı və Xidmət Departamentində hüquq məsləhətçisi, 2002-ci ilin aprel ayından 2006-cı ilin mart ayına qədər Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentində məsləhətçi, 2006-cı ilin mart ayından 2011-ci ilin oktyabr ayına kimi Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2011-ci ilin oktyabr ayından 2012-ci ilin dekabr ayına kimi isə “İnter –Konsaltinq NS” MMC-də baş hüquqşunas vəzifələrində çalışıb.

2012-ci ilin dekabr ayından hazırki dövrə qədər Abşeron RİH-in hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyir.

İşlədiyi dövrlərdə, yəni 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademyasının Rəhbər Kadrların İxtisasartırma və yenidən ixtisaslaşması fakultəsininin qiyabi şöbəsinə qəbul olmuş və 2005-ci ildə Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasına yiyələnərək bitirmişdir. M.Mustafayev həmçinin 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakultəsininin qiyabi şöbəsinə qəbul olmuş, 2011-ci ildə sənaye və mülki tikinti ixtisası alaraq universiteti bitimişdir.

2018-ci ildə vəkilliyə qəbulla bağlı keçirilən yazılı test imtahanlarından və şifahi müsabiqədən uğurla keçərək vəkil adı almış, Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvidir.

Ailəlidir, 4 övladı var.

Keçidlər