Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova fransız jurnalist Alain Roumestand ilə görüşüb.

05 iyul 2018 | 16:00

5 iyul 2018-ci il tarixdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Fransa respublikasının www.agoravox.fr internet səhifəsinin redaktoru Alain Roumestand ilə görüşüb.

Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə İradə Gülməmmədova Abşeron rayonu haqqında və Abşeron RİH-in fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Abşeronun Azərbaycanın iki böyük şəhərinə - Bakı və Sumqayıta ən yaxın ərazidə yerləşdiyini, rayonda 500 mindən çox sakinin yaşadığını qeyd edən İ.Gülməmmədova Abşeronun biri şəhər olmaqla 15 kənd və qəsəbədən ibarət olduğunu qeyd edərək rayonun həm kənd təsərrüfatı, həm də sənaye mərkəzi kimi inkişaf etdiyini fransız jurnalistin diqqətinə çatdırıb. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verən başçı rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.

İ.Gülməmmədova vurğulayıb ki, son illər ərzində Abşeron rayonu özünün intibah dövrünü yaşayıb. Bu illər ərzində Xırdalanın şəhər statusunun almasını, ümumilli liderin adını daşıyan parkda füsünkar görnüşü ilə hər kəsi heyran qoyan Heydər Əliyev Mərkəzinin inşasını, möhtəsəm Şahmat və Musiqi məktəblərin tikilərək istifadəyə verilməsini və bu kimi sosial layihələrin rayon ərazisində həyata keçirilməsini qeyd edən İcra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi tədbirlər görülür.

Xanım başçı Alain Roumestanda dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Bildirilib ki,dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb: “Abşeron rayonunun Masazır kəndindəki müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 200-dən çox gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub. İ.Gülməmmədova qeyd edib ki, hazırda müəssisə üçün dördüncü yaşayış binasının tikintisi də tamamlanıb və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

Görüş zamanı icra başçısı ölkəmizdə azad medianın inkişafı istiqamətində aparılan tədbirlərdən və mətbuata dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən də danışıb.

Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan Alain Roumestand yaxın günlərdə Azərbaycan haqqında geniş bir məqalə dərc edəcəyini bildirib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib, fransız jurnalistə xatirə hədiyyələri təqdim olunub.

Keçidlər