Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda imkansız ailələrə bayram sovqatı paylanıb

15 iyun 2018 | 16:00

"On bir ayın sultanı" sayılan Ramazan ayı gəlişi ilə bərəkət, sevinc gətirməklə yanaşı, hər bir insanın mənəvi saflaşması üçün sanki bir fürsət yaradır. İnsanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən də yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılır, imkansızlara yardımlar göstərilir.

Abşeron rayonunda əhalinin qayğı uman təbəqəsinə bütün bayramlarda, əlamətdar günlərdə diqqət göstərilməsi, onların xoş sözlərlə, qiymətli hədiyyələrlə sevindirilməsi gözəl ənənə halını alıb. Müqəddəs Ramazan bayramı ərəfəsində də bu ailələr yaddan çıxmamışlar. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən 500 şəhid, məcburi köçkün, Qarabağ əlili və digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib.

Diqqət və qayğıdan, maddi və mənəvi dəstəkdən razı qalan aztəminatlılar əziz gündə adlarının anılmasına, bayram süfrələrinin ruzili olmasına görə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər