Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Abşeronda möhtəşəm bayram konserti ilə yadda qalıb

14 iyun 2018 | 16:00

Abşeron rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram konserti keçirilib.

Xırdalan şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində çıxış edənlər Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər.

Bayram tədbirində rayon icra hakimiyyətinin başçısının müavinləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivləri, veteran və gənclər təşkilatının, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, KİV nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Tədbirdə günü-gündən yeniləşən və inkişaf edən Abşeron rayonunda son illərdə görülən abadlıq-quruculuq işlərindən də söhbət açılıb.

Abşeron Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramında respublikanın tanınmış incəsənət ustalarının da ifaları dinlənilib.

Keçidlər