Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçirilib

10 may 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

Konsertdə Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndərin Xırdalan şəhərindəki Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirin aparıcıları Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizin əldə etdiyi tərəqqi, Abşeron rayonuna və abşeronlulara olan dövlət qayğısı barədə danışıblar.

Üç saat davam edən konsertdə rayonumuzun on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyiblər.

Tədbirin sonunda böyük atəşfəşanlıq təşkil edilib.

Keçidlər