Şriftin ölçüsü :

Saytın rəngi :

RIH Başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

09 aprel 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir.

Abşeron RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətində keçirilən qəbullar da əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük önəm daşıyır.

9 aprel 2018-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyəti başçısı xanım İradə Gülməmmədova tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi, maddi yardım istəməsi və digər məsələlər barədə olub.

Qəbulda bır sıra məslələr elə yerindəcə həllini tapıb. Digər qaldırılan problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

 

Keçidlər