Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı Rəsulullah məscidində yaradılan şəraitlə tanış olub

01 mart 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının,xidmət sahələrinin rəhbərləri Abşeron rayonunun Güzdək qəsəbəsindəki “Rəsulullah” məscidində yaradılan şəraitlə tanış oldular.

Məscidin axundu sakinlər adından rayon rəhbərini salamlayaraq Abşeron RİH-in dəstəyi ilə Güzdək qəsəbəsində böyük abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü bildirdi.

Bu məscidin 1851-ci ildən fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğuladı, sakinlərin sevincinin həddi-hüdudu olmadığını söylədi.

Qəsəbə sakinləri onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildirdilər.

Rayon rəhbəri Güzdək qəsəbə sakinləri ilə hər görüşünü məmnunluqla xatırladı, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğuladı.

İ.Gülməmmədova bildirdi ki, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib.

Sonda icra hakimiyyətinin başçısına Qurani-Kərim hədiyyə olundu.

Keçidlər