Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunub

05 fevral 2018 | 16:00

Ötən il Abşeron rayonunun kənd təsərrüfatı təyinatlı torpaqlarında 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunub. Burada pomidor, xiyar və digər tərəvəz məhsulları artıq istixana şəraitində yetişdirilir.

Bu haqda Abşeronxəbər–ə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev məlumat verib.

Bildirib ki, rayonun Aşağı Güzdək qəsəbəsində 330 hektar sahədə salınan zeytun bağında 22 min ting əkilib. Bundan əlavə, “Azbadam” MMC tərəfindən Xəzər rayonunun Qala qəsəbəsinin Abşeron rayonuna təhkim edilmiş ərazisində 80 hektar sahədə 58 min ədəd badam tingi, fiziki şəxslər tərəfindən Novxanı kəndində 55 hektar sahədə 13,8 min ədəd zeytun, Mehdiabad qəsəbəsində isə 4 hektar sahədə 2 min badam tingi əkilərək yeni bağlar salınıb.

Keçidlər