Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

28 dekabr 2017 | 16:00

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Abşeronda bayram tədbiri keçirildi.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova əlamətdar günlər münasibətilə abşeronluları təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin Abşeron rayonunda da sürətlə aparılmasından danışıb.

İcra Hakimiyyətinin başçısı Həmrəylik Gününün yaranma tarixindən və onun əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ümummilli Liderin şəxsi təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.

Bildirilib ki, dünya Azərbaycanlılarını uca amalları uğrunda mübarizədə vahid yumruq kimi görmək istəyən Ümummilli Liderimiz soydaşlarımıza dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər zaman tarixi vətənlərinə sədaqətlə xidmət etməyi tövsiyə edib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da gücləndiyi vurğulanıb.

Bayram şənliyində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.

Tədbir iştirakçılarına bayram süfrəsi açılıb.

Sonda Xırdalan şəhərində Heydər Əliyevin adını daşıyan parkda atəşfəşanlıq olub.

Keçidlər