Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdiabad məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar

11 dekabr 2017 | 16:00

Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 4-dən etibarən “Açıq qapı” günləri elan olunub.

“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə 11 dekabr tarixlərində Mehdiabad qəsəbə 4 nömrəlitam orta məktəbin şagirdləri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Mərkəzlə tanışlıq zamanı şagirdlərə Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib.

Heydər Əliyev Mərkəzində məktəblilərlə görüşən Abşeron rayon İcra Hakimiyyətinin başçısı  xanım İradə Gülməmmədova dekabrın 12-nin xalqımızın ümummilli lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər Heydər Əliyevin anım günü olduğunu və Ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğulayıb.

Daha sonra şagirdlər Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər səsləndiriblər.

Mərkəzdəki Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub.

Keçidlər