Şriftin ölçüsü :

Saytın rəngi :

Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib

11 dekabr 2017 | 16:00

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 11-də Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayon sakinlərini qəbul edib.
Qəbuldan öncə nazir Azad Rəhimov və rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər

Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Ümumilikdə 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili və fəaliyyəti istiqamətində olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər