Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olundu.

22 noyabr 2017 | 16:00

 

Tədbir iştirakçıları öncə Mərkəzi parkda ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdılar.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı  xanım İradə Gülməmmədova, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak etdi.

Heydər Əliyev Mərkəzinin konfrans zalında baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova çıxış edərək Ədliyyə işçilərini təbrik edərək bildirdi ki, Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Yığıçaqda Abşeron Rayon məhkəməsinin sədri Elçin Kazımov çıxış edərək Ədliyyə işçilərini bu bayram münasibətilə təbrik etdi və ölkə Prezidenti Cənab İlham Əliyevə yaradılmış bütün kömək və dəstəkliyə görə öz təşəkkürünü bildirdi.

Daha sonra toplantıda iştirak edən qonaqlar çıxış edərək, ədliyyə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdilər .

Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup ədliyyə orqanlarının əməkdaşları rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif edildi.

 

Keçidlər