Şriftin ölçüsü :

Saytın rəngi :

RIH Baçısı rayonun Ceyranbatan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

24 noyabr 2017 | 16:00

Problemlərin yerində həlli gələcəyə inamı artırır.

         Ceyranbatan qəsəbəsi əhalisinin sayına görə Abşeron rayonun böyük yaşayış məntəqələrindəndir. Lakin rayonda hərkəs yaxşı bilir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova kənd və qəsəbələrin böyük və kiçikliyindən, eləcədə rayon mərkəzinə yaxın və uzaqlığından asılı olmayaraq hər bir inzibati ərazinin əhalisinin sosial problemlərinin həlli üçün heç bir ayrıseçkiliyə yol vermədən konkret və səmərəli tədbirlərin planlaşdırılaraq icra olunmasına çalışır.

Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur. Belə görüşlərdən biri də noyabrın 24-də rayonun Ceyranbatan qəsəbəsində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və iki yüzə yaxın qəsəbə sakini iştirak edirdi.

        Vətəndaşlarla görüşən başçı İradə Gülməmmədova qəsəbə sakinləri ilə bu ilin iyun ayının 16-da görüşdüyünü və bu zaman əhali tərəfindən qaldırılan məsələlərin ötən müddət ərzində həll olunduğunu bildirib. Bundan sonra da rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini vurğulayan başçı təşkil edilən görüşlərin məqsədinin yerlərdə meydana çıxan problemlərin öyrənilməsi və onların həlli istiqamətində addımlar atmaq olduğunu söyləyib.
Görüşdə Abşeron RİH başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eyvaz Rzayev və qəsəbə bələdiyyəsinin sədri Canşir Zeynalov ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verərək, əhalini narahat edən problemləri diqqətə çatdırıblar.

Daha sonra sakinlər keçən görüşdən sonra qəsəbədə böyük abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı qəsəbədə yeni salınan məhəllələrə nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsində, qəsəbədaxili yolların abadlaşdırılmasında, qəsəbədəki bağçanın təmirinə köməklik göstərilməsini xahiş ediblər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran İ.Gülməmmədova əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, həmçinin geniş müzakirələr aparıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Keçidlər