Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda ağacəkmə aksiyası keçirilib

28 noyabr 2017 | 16:00

Abşeron rayonunun kənd və qəsəbələrində ağacəkmə aksiyası uğurla davam edir. Növbəti ağacəkmə aksiyası Novxanı və Mehdiabad qəsəbələrində aparılıb.

Ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədi daşıyan aksiyada rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və sakinləri iştirak ediblər.

Rayon sakinlərinin bu işdə böyük maraqla iştirak etməsi nəticəsində Novxanı-Mehdiabad avtomobil yolunun kənarında ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və 2500 ədəd çinar, zeytun digər müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Məlumat üçün bildirək ki, avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.

Keçidlər