Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı 3 qat dünya çempionuna ev verdi

03 noyabr 2017 | 16:00

Üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə yeni mənzil təqdim olunub.Hacı Əliyevə mənzili Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova hədiyyə edib.

İ.Gülməmmədova görüşdə çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün ölkəmizdə, eləcə də Abşeron rayonunda uğurla davam etdirilir. Abşeron rayonunda idmana göstərilən yüksək diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi Abşeron idmançıları müxtəlif səviyyəli idman yarışlarında iştirak edir, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük. İ.Gülməmmədova beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Gənc idmançı Hacı Əliyev yeni mənzillə təmin olunduğuna görə Abşeron rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.

Sonra Abşeron RİH-in başçısı mənzilin orderini Hacı Əliyevə təqdim edib

Keçidlər