Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

06 oktyabr 2017 | 16:00

Abşeron rayonu, Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  xanım İradə Gülməmmədova müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan başçı Abşeron rayonunda təhsillə bağlı görülən işlər barədə söz açıb. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söz açan İradə Gülməmmədova son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir olunduğunu, yeni məktəb və bağçaların tikilib istifadəyə verildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Yaxın günlərdə Masazır kəndində yeni inşa edilən məktəbin açılışının olacağını vurğulayan başçı rayon təhsil sahəsində əldə edilən uğurları, orta məktəb məzunlarının böyük əksəriyyətinin ali məktəblərə daxil olduğunu qeyd edib.

Toplantıda çıxış edən rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova son illərdə respublikamızda, o cümlədən Abşeronda təhsil sahəsində qazanılmış uğurlardan, yeni məktəb binalarının tikintisindən ətraflı söhbət açıb, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Bundan sonra Rayon İcra Hakimiyyətinin başçısı təhsil sahəsində fərqlənən bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim edib.

Bayram tədbiri rayonun incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirilib.

Keçidlər