Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

30 sentyabr 2017 | 16:00

Bu gün Abşeronda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirilib.

Tədbirdən әvvәl rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və rayon Prokurorluğunun işçiləri xalqımızın ümummilli lideri Heydәr Әliyevin şәhәrin mәrkәzindә ucaldılmış abidәsini ziyarәt edәrәk, önünә gül dәstәlәri düzәrәk әziz xatirәsini ehtiramla yad ediblәr.

Abşeron Rayon Prokurorluğunda baş tutan toplantıda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər rəsmi şəxslər, veteran prokurorluq işçiləri iştirak ediblər.

Yığıncaqda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, respublikamızın Prokurorluq əməkdaşlarının çox çətin və şərəfli işindən danışıb. Natiq vurğulayıb ki, ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçib, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxıb, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilib.

Rayon rəhbəri çıxışında prokurorluq orqanlarının məzmunca yeniləşməsi və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlət başçısı İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.

Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Rahib Seyidov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında məruzə edib. Natiq çıxışında dövlət başçısı İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd edib, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayıb.

Tədbirdə Abşeron rayon Məhkəməsinin sədri Əşir Səmədov,Abşeron rayon Polis idarəsinin rəisi Şəhriyar Şəmşirli, DTX Abşeron rayon şöbəsinin rəisi Əfqan Həsənəliyev, Şuşa rayon Məhkəməsinin sədri Allahverən Həsənov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi Vüsal Babayev və bir neçə prokurorluq işçiləri çıxış edərək təbriklərini və ürək sözlərini söyləyiblər.

Prokurorluq sistemində səmərəli fəaliyyətinə və 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və pul mükafatı ilə təltif olunub.

 

 

Keçidlər