Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhərində məhəllədaxili yollar asfaltlanır

18 avqust 2017 | 16:00

Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına məhəllədaxili yollara asfalt örtüyü çəkilir. Hal-hazırda bu işlər şəhərin Quşculuq yaşayış massivində, 5 saylı məktəbə gedən yolda aparılır. Artıq yolun 3255 kv. m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt örtüyü döşənib. Ümumilikdə 2017-ci ilin altı ayı ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərdaxili, eləcədə kənd və qəsəbədaxili yollara və küçələrə 16107 kub metr qırmadaş tökülərək yayılmış, 60034 kv.metr asfalt vurulmuşdur.

Keçidlər