Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib

16 avqust 2017 | 16:00

Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, idarənin Abşeron rayonu üzrə nümayəndəsi Ilham Manafov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirəni Mədəniyyət və Turiz idarəsinin baş məsləhətşisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov açaraq rayon İcra Hakimiyyəti Başçısı adından qonaqları və müşavirə iştirakçılarını salamladı.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında» ölkə Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar ittifaqı təşkilatı, maliyyə, kadr islahatı, , beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, fəxri adlarla təltifi, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması barədə geniş məlumat verib.

Müşavirədə işə qəbul zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Keçidlər