Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 28 May Respublika Günü qeyd olundu

26 may 2017 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “28 May – Respublika Günü”nə həsr edilmiş konsert proqramı təşkil edilib. Xırdalan şəhərindəkı ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən bayram tədbirində, rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, KİV nümayəndələri və yüzlərlə sakin iştirak edib. Rayon Mədəniyyət Evinin təqdim etdiyi konsert proqramında, şərqdə ilk demokratik dövlətin yaranması, Azərbaycan Xalq Cümhuriyyətini meydana gətirən tarixi şərait, AXC-nin 23 aydan sonra süquta uğramasının səbəbləri haqqında məlumat verilib. Bildirilib ki, qısa bir ömür sürən azərbaycan AXC Azərbaycan xalqının tarixində mühüm rol oynayıb.

Qeyd edilib ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra demokratik ənənələrə sadiq qalıb, ümummilli lider Heydər Əliyevin ideyaları sayəsində ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında özünəməxsus, mühüm yer tutub . Azərbaycanın möhkəmlənməsində və dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri vardır. Bu gün də ümummilli liderin dövlətçilik ideyalarını mükəmməl surətdə həyata keçirən, ulu öndərin layiqli davamçısı Azərbaycan respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasət nəticəsində dövlət müstəqilliyimiz günü-gündən möhkəmlənir, ölkəmiz getdikcə daha da güclənir, regionun liderinə çevrilir.

Daha sonra konsert proqramına start verilib. Tədbirin bədii hissəsində bir-birindən gözəl ifalar, vətənpərvərlik hissləri aşılayan mahnılar və şeirlər səsləndirilib.

Keçidlər