Şriftin ölçüsü :

Saytın rəngi :

9 May Qələbə Günü Abşeronda böyük izdiham və təntənə ilə qeyd olundu

09 may 2017 | 16:00

Qələbə Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanları, təşkilat rəhbərləri, təhsil işçiləri, KİV- in nümayəndələri əvvəlcə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndindəki abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər.

Sonra tədbir Xırdalan şəhərinin mərkəzində müharibə qurbanlarının xatirəsinə ucaldılan “Ana abidəsi” kompleksinin qarşısında davam etdirilib. Burada ”Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Rayon İcra Hakimiyyəti başçısı İradə xanım Gülməmmədova Böyük vətən müharibəsi iştirakçıları ilə görüşərək onları bayram münasibətilə təbrik etdi.

Tədbirdə çıxış edənlər müharibə illərində sovet ordusunun hərbi texnikasının məhz Bakı nefti ilə işlədiyini, azərbaycanlıların döyüşlərdə qəhrəmanlıq göstərərək Qələbədə böyük pay sahibi olduqlarını bildiriblər.

Müharibə veteranları çıxış edərək Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla danışıblar.

Qələbə bayramında Milli Ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, rayon Regional Mədəniyyət və turzm idarəsinin Xırdalan mədəniyyət mərkəzinin kolektivi vətənpərvərlik ruhunda rəngarəng mahnılar oxuyaraq, bayram ab-havası yaratdılar.

Qeyd edək ki, izdihamlı və təntənəli bayram tədbiriində on minlərcə rayon ictimayyətinin nümayəndələri iştirak edirdi.

Keçidlər