Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2019-2020-ci illər ərzində görülmüş işlərə dair hesabat


Abşeron Rayon İcra Hakimiyyəti hələ 2015 ildən ilk könüllü proqramına ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı, bu möhtəbər yarışa dəstək və kömək məqsədi ilə 100-dən çox könüllüsü ilə qoşulub. Daha sonra həmin ilin oktyabr ayında Abşeron RİH-in və "Asan Xidmət"in birgə təşkilatçılığı ilə 12 gənc "Master 2" könüllü proqramı çərcivəsində icra hakimiyyətində təcrübbə keçmək üçün fəaliyyətə başlayıb. Xüsusi ilə qeyd edək ki, həmin gənclərdən 4-ü Abşeron rayon icra hakimiyyətində işlə təmin olunub.



Gənclər arasında könüllülük fəaliyyətinin daha da geniş təşviq edilməsi məqsədilə il ərzində  Abşeron rayon  Təhsil  şöbəsinin tabeliyində olan 40 məktəbdə və rayon ərazisində yerləşən Bakı Mühəndislik Universiteti , Bakı Humanitar kollecində görüşlər keçirilmiş və müsahibələr təşkil olunmuşdur.
Könüllülərlə iş üzrə koordinator müəyyən edilmiş və könüllü fəaliyyətinin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlanmışdır.
İllik tədbirlər planı hazırlanmış, fəaliyyətə başlayacaq könüllülərlə ilkin məlumatlandırıcı (qurum və görəcəkləri işlər haqqında ) təlimlər keçirilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinə son 1 il ərzində könüllülük fəaliyyəti üçün ümumilikdə 470-ə yaxın gənc müraciət etmiş , onlardan 196-sı (117 qız və 79 oğlan ) könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunmuş və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində və rayon  ərazisində  fəaliyyət  göstərən  digər  dövlət   qurumlarında  2  növbədə ( 9:00-13:00, 14:00-18:00 ) könüllülük fəaliyyətini həyata keçirmişlər.


2019-cu ildə könüllülər Abşeron RİH tərəfindən təşkil olunan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, Novxanı çimərliyi ərazisində, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yolunun kənarlarında keçirilən ağacəkmə aksiyası  və iməciliklərdə yaxından iştirak etmiş, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə  qoşulmuş,  rayonun kənd və qəsəbələrində 2 min ağac əkmişlər. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və RİH-də təcrübə keçən "ASAN könüllü"lərinin təşəbbüsü ilə könüllülər Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd eldar şamı və sərv ağacı əkiblər. Ağaclardan soyqırım zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.
Eyni zamanda Abşeron RİH-nin təşkilatçılığı ilə könüllülər şəhid ailələri və Qarabağ qaziləri ilə görüşmüş, Cocuqmərcanlıya səfər etmiş və  Füzuli rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəyyə baş çəkmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 5000-dən çox bədii ədəbiyyat təqdim etmişlər. Könüllülər tərəfindən həmçinin bir neçə sosial və maarifləndirici layihələr və video çarxlar hazırlanmışdır. Könüllülərimiz tərəfindən son 1 il ərzində rayon ərazisində yerləşən "N" saylı hərbi hissəyə 2 fevral- Gənclər günü , 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında  bir necə dəfə baş çəkilmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 3000-dən çox bədii ədəbiyyat hədiyyə edilmişdir.


Bütün bunlarla yanaşı Abşeron RİH-nin təşəbbüsü ilə Könüllülər üçün pulsuz ingilis dili və kompyuter kursları təşkil olunub. Hər iki kurs xüsusi proqramla və peşakar müəllimlər tərəfindən 3 ay müddətində (həftədə 3 dəfə) yüksək səviyyədə keçirilib.
Xüsusiilə qeyd etmək lazımdır ki, Abşeron RİH-nin əməkdaşı Şəmsi Əliyev və RİH-də təcrübə keçən "ASAN könüllü"sü Fəxri Nuriyev tərəfindən ölkədə ilk dəfə olaraq rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarına qəbulun elektron qaydada aparılması üçün sistem hazırlanıb (http://abseronbagca.com/)
5 dekabr – Beynəlxalq Könüllülər Günü və "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində tədbir keçirilimiş, tədbirdə respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təqdim olunmuşdur. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasında iştirak edən fəal məsul şəxslərə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
2019-cu ildə RİH-də təcrübə keçən "ASAN könüllü"lərinin 6 nəfəri bələdiyyə seçkilərində iştirak etmiş  və 4 könüllü rayonun kənd və qəsəbələrindən bələdiyyə üzvü seçilmişdir.



Abşeron RİH-də  könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon rəhbəri  tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə verilmiş, son 1 ildə 11 nəfər könüllü isə rayon ərazisində fəaliyyət göstərən dövlət qurumlarında müvafiq işlə təmin olunmuşdur.



Abşeron Rayon İcra Hakimiyyətinə 2020-ci ilin I rübü ərzində könüllülük fəaliyyəti üçün ümumilikdə 140-a yaxın gənc müraciət etmiş , onlardan 94-ü  könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunmuş və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində və rayon  ərazisində  fəaliyyət  göstərən  digər  dövlət   qurumlarında  2  növbədə ( 9:00-13:00, 14:00-18:00 ) könüllülük fəaliyyətini həyata keçirmişlər.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Abşeron RİH könüllüləridə bu təşəbbüsə qoşulmuşlar.

 


AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.

"Böyüklərimizi qoruyaq!" devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron rayononunda "Böyüklərimizi qoruyaq!" adlı sosial aksiyaya uğurla davam etdirilib.Ümumilikdə, Xırdalan şəhəridə daxil olmaqla, rayonun kənd və qəsəbələrində 100-ə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 1200-ə yaxın ailəyə dəstək göstərilməsində iştirak ediblər.


İnfeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə Abşeron rayonun gənc könüllüləri də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə fəal iştirak ediblər. Abşeronlu könüllülər tərəfindən Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində sakinlərə bukletlər paylanılıb, müxtəlif yerlərdə elanlar asılıb. Könüllülər evlərdə, eləcə də küçə və parklarda sakinlərlə epidemiyanın təhlükəsi və ondan qorunma yolları barəsində maarifləndirici söhbət aparıblar. Söhbət zamanı şəxsi gigiyena qaydalarına əməl etməyin, özünütəcrid şəraitinə uyğunlaşmağın, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağın, digər şəxslərlə minimum dərəcədə kontaktda olmağın, insanların sıx toplaşdığı yerlərə getməməyin zəruriliyi barədə məlumatlar veriblər. Könüllülər kənd və qəsəbələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar və müəyyənləşdirdiyi qaydalarla bağlı Abşeron rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış broşürlərin paylanılmasında və əhalinin maarifləndirilməsi tədbirlərində fəal iştirak etmişlər. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə rayon ərazisində yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə ərzaq bağlamalarının catırılmasında yaxından iştirak ediblər.

Bu gün ölkəmizin gənclərinin - könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi oldular.

 

Keçidlər