Şriftin ölçüsü :

Saytın rəngi :

Mədətov Zaur Kamal oğlu

  Soyad: Mədətov
Ad: Zaur
Ata adı: Kamal oğlu
Doğum tarixi: 16.11.1999
Şəhid olub: 08.10.2020
Rütbə: əsgər

 

 

Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam etdirib və 2017-ci ildə təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb.
Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Zaur Mədətov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Zaur Mədətov ölümündən sonra "Vətən uğrunda" və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər