Şriftin ölçüsü :

Saytın rəngi :

Məcidov Səbuhi Ağalətif oğlu

  Soyad: Məcidov
Ad: Səbuhi
Ata adı: Ağalətif oğlu
Doğum tarixi: 28.04.2002
Şəhid olub: 27.09.2020
Rütbə: əsgər

 

 

Səbuhi Məcidov 28 aprel 2002-ci ildə dünyaya gəlib.
Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə məktəbini bitirən Səbuhi həqiqi hərbi xidmətdə olan zaman Qarabağın azad olunması uğrunda Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Səbuhi Məcidov 27 sentyabr tarixində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Səbuhi Məcidov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Keçidlər