Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Əli Ələsgər oğlu

  Soyad: Əliyev
Ad: Əli
Ata adı: Ələsgər oğlu
Doğum tarixi: 06.06.1997
Şəhid olub: 02.11.2020
Rütbə: Kiçik çavuş

 

 

Əliyev Əli Ələsgər oğlu 1997-ci ildə Fizuli rayonunda anadan olub. 5-ci sinifə qədər Fizuli rayonunda yaşayıb. Sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Qobu qəsəbəsinə köçüb.
Qobu qəsəbəsində 1 saylı ora məktəbdə təhsil alıb, 9-cu sinifdən məktəbdən çıxıb peşə təhsilinə üz tutub. Qaynaq ustası peşəsinə yiyələnib. 2016-cı ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə nümunəvi davranışı ilə fərqlənib, çavuş və manqa komandiri olub. Hərbi xidmətdən döndükdən sonra bir müddət mühafizəçi kimi işə başlayıb. 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edən Əliyev Əli Ələsgər oğlu 19 gün müharibədə iştirak etdikdən sonra yaralanaraq xəstəxanaya yerləşdirilir. Lakin Əli könüllü olaraq cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdaraq döyüşlərə davam edir. Əli noyabr ayının 2-i Şuşa ətrafında gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olub.
Qobu  qəsəbə qəbirstanlığında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər