Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Malik Təvəkkül oğlu

 

 

Soyad: Əliyev
Ad: Malik
Ata adı: Təvəkkül oğlu
Doğum tarixi: 26.12.1986
Şəhid olub: 13.10.2020
Rütbə: Mayor

 

Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2001-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2004-cü ildə həmin liseydən məzun olur. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Sərhəd qoşunları fakültəsinin “İnzibati idarəetmə, taktiki-komando” ixtisası üzrə təhsil alır.
2008-ci ildə leytenant rütbəsi ilə Malik Əliyev şimal sərhədlərimizin mühafizəsinin etibarlı təmin olunması ilə xidmətə başlayır.  Xudat sərhəd dəstəsində iş fəaliyyətinə başlayan gənc sərhədçi  zabit 2015-ci ildən etibarən Horadiz sərhəd dəstəsində öz xidmətini uğurla davam etdirir. 2017-ci ildən Cevik Hərəkət Qüvvələrində (ÇHQ) müxtəlif vəzifələrdə xidmətə başlayan Malik Əliyev bir sıra kurs və təlimlərdə bilik və bacarıqlarını təkmilləşdirir.
2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ Savaşına Füzuli istiqamətindən qatılan mayor Malik Əliyev oktyabr ayının 13-də Cəbrayıl rayonu istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ailəli idi, 1 övladı yadigar qalıb.
15 oktyabr 2020-ci il tarixində Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn olunub.
Xidməti dövründə III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı,  III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı fəaliyyəti qiymətləndirilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Malik Əliyev ölümündən sonra "Vətən uğrunda” medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Cəbrayılın azad olunmasına görə"  medalı ilə təltif edilib.

 

Keçidlər