Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronun təhsil sahəsində növbəti uğurları

01 avqust 2022 | 15:30

Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.

Cənab Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

Bu qəbilədən olan layihələrdən biri də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqəsdi daşıyan qrant müsabiqələrin keçirilməsidir. Elə bu günlərdə "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin nəticələri açıqlanıb. "Fərdi layihələr" kateqoriyasında qalib gələn layihələr arasında Abşeron məktəblərində çalışan 6 müəllimin layihəsi də var.


Güzdək qəsəbə tam orta məktəbin müəlliməsi Fəzilə Mahmudovanın "Gələcəyə brilliyant kimi parlaq addımlarla" layihəsi, Məmmədli kənd tam orta məktəbin müəlliməsi Ülviyyə Abdulovanın "Suyun rəngli yuxuları " hiperaktiv uşaqlar üçün ART terapiya layihəsi, Masazır kənd 2 nömrəli tam orta məktəbin müəlliməsi Elyanə Kərimovanın "Həyatımızı qoruyan nişanlar" layihəsi, Masazır kənd 4 nömrəli tam orta məktəbin müəllimi Sübhi İlyasovun "EAR (Exploratory Action Research)" layihəsi, Güzdək qəsəbə tam orta məktəbin müəlliməsi Əfsanə Qafarovanın "İnklüziv Pawtoon animasiya festivalı" layihəsi və Xırdalan şəhər 7 nömrəli orta məktəbin müəlliməsi Zülfiyyə Sadıqovanın "Yaxşılıq ağacı" layihəsi müsabiqədə qalib olub.

 


Abşeron məktəblisinin Qrinviç Olimpiadasındakı uğuru..

Son illər abşeron məktəbliləri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli müxtəlif növ yarışlarda xüsusi fəallıqları ilə seçilirlər. Bütün bunlar isə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitin və ümumiyyətlə Abşeron rayonunda təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.


Bunun əyani sübutu olaraq deyə bilərik ki, Böyük Britaniyanın London şəhərində təşkil edilən Beynəlxalq Qrinviç Olimpiadasının final mərhələsində Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Tuana Hüseyinlinin layihəsidə yüksək nəticə əldə edib və o “Mühəndislik” kateqoriyası üzrə gümüş medal qazanıb.

Qeyd edək ki, “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilən və 30 ölkədən 90 layihənin iştirak etdiyi olimpiadada ölkəmizi təmsil edən 18 şagird müxtəlif medallara layiq görülüb.

Keçidlər