Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhid övladları üçün “Yeni il” şənliyi keçirilmiş, şəhid ailələri yad edilmişdir

30 dekabr 2022 | 11:12

Abşeronda şəhid övladları üçün “Yeni il” şənliyi keçirilmiş, şəhid ailələri yad edilmişdir


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, o cümlədən qazilərin övladları üçün Yeni il bayramı münasibətilə şənlik keçirilmişdir. Bakı Uşaq və Gənclər Teatrının kollektivinin hazırladığı musiqili-əyləncəli şənlikdə uşaqlar “Yeni il” personajları olan Şaxta Baba və Qar Qızla şən musiqi sədaları altında rəqs etmiş, şeirlər və mahnılar oxumuş, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçirmişlər. Abşeron Mədəniyyət Mərkəzində musiqi nömrələri, səhnəciklər və rəqslərlə keçirilən şənlikdə balaca tamaşaçılara sonda bayram hədiyyələri təqdim olunmuşdur.
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmləylik Günü” və “Yeni il” bayramı münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri tərəfindən şəhid ailələri və qazilər yaşadıqları ünvanlarda ziyarət edilmişdir. Səmimi keçən görüşlərdə belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlıq bildirilərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağı, dövlətin və xalqın daim onların yanında olduğu bildirilmişdir. Şəhid ailələri işğaldan azad edilmiş torpaqlarımızda uğurla və sürətlə aparılan quruculuq işlərindən fəxr hissi keçirdiklərini bildirmişlər. Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, o cümlədən Vətən Müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğu, onların sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığı, bu qayğının hər zaman davam edəcəyi qeyd edilmişdir.
Şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə növbəti dəfə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər