Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur

23 noyabr 2022 | 11:14

Abşeron rayonunda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri iştirak etmişlər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ədliyyə işçilərini təbrik edərək bildirmişdir ki, 104-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsi şanlı tarixi inkişaf yolu keçmişdir. Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin strukturu təkmilləşdirilmişdir. Bu illərdə vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması, hüquqi şəxslərin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə notariat sahəsində göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təşkili, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən müvafiq islahatlar yeni tarixi şəraitdə Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirmişdir. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.

Daha sonra Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Abşeron rayon prokuroru Qabil Qasımov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək ölkəmizdə ədliyyə sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən danışaraq ədliyyə işçilərini bayram münasibəti ilə təbrik etmişlər.

Sonda fəaliyyətində fərqlənən ədliyyə işçilərinə Abşeron Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

Keçidlər