Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron gəncləri ilə “Mərkəzə doğru” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

05 noyabr 2022 | 07:44

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron nümayəndəliyi tərəfindən “Mərkəzə doğru” layihəsi çərçivəsində rayon ərzasində məktəblilər üçün bir sıra maarifləndirici silsilə tədbirlər həyata keçirilib.

Maarifləndirici tədbirlərdə məktəbin yuxarı sinif şagirdlərinə GİKM-in Abşeron nümayəndəliyinin direktor vəzifəsini icra edən Nigar Abdullazadə və layihələr üzrə mütəxəssis Fatima Koroğluyevanın moderatorluğu ilə “İxtisas seçimində V.İ.S.A” mövzusunda təlimlər keçirilib.

Layihə çərçivəsində Xırdalan şəhər 3, 9 və 10 nörməli tam orta məktəblərdə keçirilən Təlimlərdə iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib.
Tədbir zamanı mərkəzin əməkdaşıları tərəfindən gənclərə qurumun fəaliyyət istiqamətləri, üzvlük sistemi, könüllülük, “Gənc kadr” təcrübə proqramı, həyata keçirilən layihələr, təlimlər, həmçinin Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib, gənclərin ideya və təklifləri dinlənilib.

Məumat üçün bidliririk ki, təqdimat və təlimlərdə Abşeron RİH-nin əməkdaşı Xanım İmanovada iştirak edib.Layihənin il ərzində rayonun digər məktəblərində də keçirilməsi planlaşdırılır.

Keçidlər