Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova yolların təmir və bərpa işləri ilə tanış olub

08 yanvar 2020 | 16:00

Azərbaycanın hər yerində olduğu kimi Abşeron rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür.
Bu baxımdan cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xırdalan şəhərində sakinlərin gediş-gəlişininin yaxşılaşdırılması məqsədilə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.

Xanım başçı şəhərin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Nizami küçəsi boyunca görülən işlərlə maraqlanıb. Burada rayon rəhbərinə məlumat verərək bildirilib ki, köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur. Çat olan yerlər xüsusi texnika ilə çapılaraq götürülür və həmin yerlərə xırda dənəli asfalt tökülərək üzərinə bitum vurularaq yeni asfalt örtüyü ilə üzlənir. İ.Gülməmmədova Nizami küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.

Daha sonra İ.Gülməmmədova adı çəkilən küçədə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.

Keçidlər