Elektron xidmətlər
Dövlət xidmətləri
Abşeron rayon İcra Hakimiyyəti tərəfindən göstərilən Dövlət xidmətlərinin ümumi sayının və istiqamətləri
“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanın 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri və salahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətlər
Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
Uşağın mənşəyinin müəyyən edilməsi
Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi
Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması
Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi
Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması
Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi
Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi
Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması
Tikinti layihələrinin ekspertizadan keçirilməsi
Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi
Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə əlaqədar rəy