Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Rayon ərazisində 40 tam, 1 ümumi orta məktəb fəaliyyət göstərir. 62572 şagirdin təlim-tərbiyəsi ilə 4284 müəllim məşğul olur. Hal-hazırda ümumtəhsil məktəblərində 10 nəfər “Əməkdar müəllim” 10 nəfər isə “ Tərəqqi” medalı ilə təltif edilmiş müəllim çalışır. Təhsil sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir ki, 2013-cü ildə Məmmədli kəndində 960, 2014-cü ildə Xırdalan şəhərinin “Abşeron Gənclər Şəhərciyi”ndə  600, Mehdiabad qəsəbəsində 400, 2016-cı ildə Masazır kəndinin “Yeni Bakı” yaşayış massivində 760 (Heydər Əliyev Fondu tərəfindən inşa edilib), 2017-ci ildə Masazır kəndinin “Qurtuluş”yaşayış massivində 1200 (Heydər Əliyev Fondu tərəfindən inşa edilib), 2018-ci ildə Mehdiabad qəsəbəsində 1200 şagird yerlik məktəblər tikilib istifadəyə verilmişdir. Ümumilikdə son 15 ildə rayon ərazisində 20 ümumtəhsil məktəbi inşa edilmiş, şagirdlərin və müəllimlərin istifadəsinə verilmişdir.        
Buraxılış imtahanlarının nəticələri görə 2019-cu ildə  ümumtəhsil məktəblərini IX sinif üzrə 3554 şagird bitirmişdir.
IX siniflər üzrə  müvəffəqiyyət göstəriciləri: ana dili -80%, riyaziyyat – 62%, xarici dil- 49,7%, XI siniflər üzrə isə müvəffəqiyyət göstəriciləri: ana dili-85.1%, riyaziyyat-54%, xarici dil-56% olmuşdur.
Tələbə qəbulunun nəticələri – 2019-cu ildə ümumtəhsil məktəblərini 2375 şagird bitirmiş, onlardan 1929 nəfəri ali məktəblərə sənəd vermiş, 1410 (73%) nəfər tələbə adını qazanmışdır ( o cümlədən 82 nəfər xarici ölkələrin ali məktəblərinə qəbul olmuşdur). Onlardan 61 nəfər 600-dən yuxarı bal toplamışdır. Ümumi orta təhsili 64 nəfər, tam orta təhsili 58 nəfər fərqlənmə attestatı ilə, 2 nəfər isə xüsusi nümunəli attestatla bitirmişdir, 2 nəfər qızıl medal almışdır.
Rayon Təhsil Şöbəsi istedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində bir sıra işlər görmüşdür. 03 fevral 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində fənn olimpiadalarının rayon mərhələsi keçirilmişdir. Olimpiadada rayon üzrə 994 nəfər şagird iştirak etmişdir. Onlardan 149 nəfəri respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır. 2019- cu il Fənn Olimpiadalarının Respublika turunda rayonun ümumi təhsil məktəbləri üzrə 9 nəfər iştirak etmiş, onlardan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Məmmədova Mədinə Vilayət qızı Respublika final mərhələsində 3-cü yer tutaraq bürünc medal qazanmışdır. 8 şagird isə Respublika turunda iştirak etdiyinə görə Təhsil Nazirliyi tərəfindən sertifikatla təltif olunmuşlar.
V məktəblilər arası Fənn müsabiqələrinin  final mərhələsində rayon üzrə 126 nəfər şagird iştirak etmiş, onlardan Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin 6 sinif şagirdi Seyfullalı Xasay Asif oğlu informatika fənni üzrə I yerə layiq görülmüşdür. 6 nəfər isə (Xırdalan şəhər 3,5,7,9, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəblərin hər birindən bir nəfər riyaziyyat fənnindən, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdən 1 nəfər isə fizika fənnindən) həvəsləndirici sertifikatlar almışdır.
“Sabahın alimləri”  VIII Respublika müsabiqəsində 2019-cu ildə ilk dəfə olaraq 2 şagirdimiz 1 layihə üzrə ( Xırdalan şəhər 5 nömrəli və Masazır kənd 1 nömrəli tam orta məktəbin şagirdləri) 2-ci yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə təşkil olunmuş “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində 23-26 mart  2019-cu il tarixlərində 40 nəfər şagirdimiz Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərdə olublar. Həmin müddətdə şagirdlərimiz “Nə?, Harada?, Nəzaman?” bilik yarışmasında iştirak edərək II və Masallıdakı “Asanhəyat” kompleksindəki “İntellektual Mərkəz” də keçirilən “Breyn-rinq” yarışmasında isə I yeri qazanmışlar.
27 mart 2019-cu il tarixində rayonun ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar keçirilən  “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinin qalibləri Məmmədli kənd tam orta məktəbin X sinif şagirdi Vəliyeva Səadət Anar qızı və  Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sultanova Fidan Azər qızı müsabiqənin Respublika mərhələsində iştirak etmək hüququ qazanmışlar. Respublika mərhələsində qalib olduqları üçün Təhsil nazirinin müvafiq əmri ilə Vəliyeva Səadət I dərəcəli diplomla, Sultanova Fidan isə II dərəcəli diplomla təltif olunmuşlar.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin Respublika mərhələsində Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Şirinova Gülarə İlham qızı 1-ci dərəcəli diplomla, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Hümbətova Səltənət Vasif qızı tərifnamə ilə təltif olunmuşdur.
Rayonun ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə , Xocalı Soyqırımına, 31 Mart Azərbaycanlılarının Soyqırımına, İmadəddin Nəsiminin 650 illik, Cəlil Məmmədquluzadənin 150 illik, Cəfər Cabbarlının 120 illik yubileylərinə həsr olunmuş ədəbi-bədi igecələr, şeir müsabiqələri, müxtəlif məzmunlut ədbirlər keçirilmişdir. 24 aprel 2019-cu il tarixdə Heydər Əliyev Parkında “Oxumağı vərdişə çevirək” şüarı altında “OxuGünü” keçirilmişdir. Tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova,  rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və digər şəxslər iştirak etmişdir. Tədbirdə rayonun müxtəlif  ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış etmişlər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunmuş, interaktiv yarışlar keçirilmişdir.
29 mart 2019-cu il tarixdə Novxanı kənd 1 nömrəli tam orta məktəbdə Təhsil, Gənclər və İdman, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə  “Şahin” hərbi idman oyunlarının rayon mərhələsi keçirilmişdir. Rayon birinciliyinin qalibi Saray qəsəbə 2 nömrəli tam orta məktəbi olmuşdur. İyun ayında ”Şahmat idman növü” üzrə yarışda Təhsil Respublika İdman Mərkəzinin Zuqulba Təhsil İdman bazasında Saray qəsəbə 2 nömrəli tam orta məktəbi Respublika üzrə 3-cü yeri tutmuşdur.
İyun ayında Respublika Olimpiya Mərkəzində keçirilmiş Atletika üzrə idman yarışlarında Aşağı Güzdək qəsəbə tam orta məktəbin şagirdləri Respublika mərhələsində 1-ci yeri tutmuşlar. Abşeron Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirmələri Beynəlxalq turnir, Bakı birinciliyi, Zona birinciliyi, Azərbaycan Çempionatı yarışlarında bir sıra naliyyətlər qazanılmışdır.
2019-2020-ci dərs ilindən etibarən rayonun iki təhsil müəssisəsində (Xırdalan şəhər 2 və  9 nömrəli tam orta məktəblər) “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlamışdır.
Noyabrın 2-də “Fövqəladə hallar uşaqların gözü ilə”  9-cu Respublika uşaq –yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqə rayonun 41 məktəbindən təqdim olunmuş 300-ə yaxın işin içərisindən ən yaxşılarını seçilərək respublika mərhələsinə göndərilmişdir. Respublika mərhələsində  Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Salmanlı Gülay Elçin qızı rəsm nominasiyası üzrə 1-ci yerə layiq görülmüş, Təhsil və Fövqaladə Hallar nazirlərinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 40 nəfər şagirdimiz 13-16 noyabr tarixlərində Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər edərək bölgənin tarixi, mədəni irsi ilə tanış olublar. Noyabrın 23-də “Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında 7-ci Azərbaycan çempionatının rayon birinciliyi keçirilib. Yarışın yekununda Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin komandası I, Masazır kənd 1 nömrəli tam orta məktəbin komandası isə  II yeri tutaraq zona mərhələsinə vəsiqə qazanmışlar. 09 dekabr tarixində rayonun bir qrup şagirdləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” müzeyinə ekskursiya edərək Ulu öndər Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar, nadir fotoşəkillər, sənədlər və arxiv materialları ilə tanış olublar.
Dekabrın 27-də Bakı Mühəndislik Universitetində keçirilən “Qış Elm Festivalın”da pedaqoji və riyaziyyat kateqoriyası üzrə təqdim olunan layihələrdə rayonun bir sıra məktəbləri itirak etmiş,  Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Cəfərova Ayxan və İmanquluyev Rövşənin layihəsi 1-ci yer tutaraq respublika mərhələsinə vəsiqə qazanmışlar. Təhsildə inkişaf və inovasiyalar üzrə 3-cü qrant müsabiqəsində  Xırdalan şəhər 3 nömrəli məktəb-lisey ümumi təhsil kateqoriyası üzrə (layihənin adı-Dinlə və öyrən) qalib gəlmişdir.
Xırdalan şəhər  2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elnarə Həsənova Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən keçirilən “İlin peşakar gənci” müsabiqəsinin qalibi olmuşdur. Masazır kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə İbrahimxəlilova pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibi olduğuna görə Təhsil Nazriliyi tərəfindən III dərəcəli diplomla təltif olunmuşdur.

 

Abşeron rayon orta məktəbləri haqqında məlumat

S/S Məktəbin adı Ünvanı Direktorların soyadı,adı və atasının adı İş telefonu
1 Xırdalan şəhər 1 №li tam orta məktəb AZ 0100
M.Ə.Rəsulzadə küçəsi 5
Yusifova Kəmalə Qədir qızı 342-20-54
342-95-96
2 Xırdalan şəhər 2 №li tam orta məktəb AZ 0101
Xırdalan şəhəri 28-ci məhəllə
Camalova Ədalət Camal qızı 408-32-62
342-33-40
3 Xırdalan şəhər 3 №li məktəb-lisey AZ 0101
M.Hüseyinzadə küc,25-ci məhəllə
Əliyeva Sevinc Əmirqulu qızı 342-24-49
4 Xırdalan şəhər 4 №li tam orta məktəb AZ0100
Mir Qasımov küçəsi
Nurayeva  Zəminə Şahid qızı 342-01-03
 
5 Xırdalan şəhər 5 №li tam orta məktəb AZ 0102
Quşçulluq massivi Vüsal Əliyev küçəsi
Yusifov Şahin Abbas oğlu 342-33-10
6 Xırdalan şəhər 6 №li tam orta məktəb AZ 0129
Mexkalon
Ələsgərova Lamiyə Nazim qızı 341-52-15
7 Xırdalan şəhər 7 №li tam orta məktəb AZ0102
Səttar Bəhlulzadə küçəsi 19
Orucova Zenfira Qaçay qızı 349-95-28
8 Xırdalan şəhər 8 №li tam orta məktəb AZ0102
Xırdalan şəhər Rəşid Behbudov küşəsi
Şabanova XatirəTelman qızı 349-23-81
9 Xırdalan şəhər 9 №li tam orta məktəb AZ0101
Xırdalan şəhəri 28-ci məhəllə
Ibrahimova Həcər Məmmədəli qızı 349-58-77
10 Xırdalan şəhər 10 №li tam orta məktəb Bakı-Sumqayıt yolunun 7-ci km-yi Həsənova Elnarə Faxrət qızı 408-38-42
11 Hökməli qəsəbə tam orta məktəb AZ0115
Hökməli qəsəbəsi
Bəndəliyev İsmayıl Nəriman oğlu 346-88-56
12 Qobu qəsəbə 1 №li tam orta məktəb AZ 0117
S.Vurğun küçəsi 33
Qasımova Şərəf Süleyman qızı 345-73-19
13 Qobu qəsəbə 2 №li tam orta məktəb AZ0117
A.Həsənbalayev 23
Abbasova Səkinə Höccətağa qızı 345-73-41
14 Qobu qəsəbə 3 №li tam orta məktəb AZ0117
Qobu qəsəbə Yeni məhəllə
Behbudova Xuraman Şəmil qızı 345-20-04
15 Saray qəsəbə 1 №li tam orta məktəb AZ 0121
Mikayıl Ələkbərov küçəsi
Bayramov Asəf Əlayət oğlu 344-11-68
16 Saray qəsəbə 2 №li tam orta məktəb AZ 0121
Mikayıl Müşfiq küçəsi
Balakişiyev Fikrət Boran oğlu 344-11-47
17 Saray qəsəbə 3 №li tam orta məktəb AZ 0121
Yeni Saray, Mircəlal küçəsi
Hüseynova Təyyubə Yəhya qızı 344-22-25
344-22-26
18 Masazır kənd 1 №li tam orta məktəb AZ 0116
Masazır kəndi
Orucov Etibar Əli oğlu 347-65-13
19 Masazır kənd 2 №li tam orta məktəb AZ 0116
Z.Əliyeva küçəsi 35
Əhmədova Mehparə Hüseyn qızı 347-86-07
20 Masazır kənd 3 №li tam orta məktəb AZ 0116
M.Cəlal küçəsi
Quliyeva Lalə Teymur qızı 341-80-80
21 Masazır kənd 4 №li tam orta məktəb AZ 0116
Yeni Bakı, İstiqlaliyyət küçəsi
Məmmədova Roza Allahyar qızı 404-11-93
22 Masazır kənd 5 №li tam orta məktəb AZ 0116
Qurtuluş y/massivi, İstiqlaliyyət küç.1
Məmmədov Səlim Fəxrəddin oğlu 409-48-61
409-48-62
23 Ceyranbatan qəsəbə 1 №li tam orta məktəb AZ 0112
Təbrik məhəlləsi
Atayeva Çinarə Lazım qızı 344-42-35
24 Ceyranbatan qəsəbə 2 №li tam orta məktəb AZ 0112
H.Əliyev küçəsi 60
Kərimova Ülviyyə Arif qızı 408-02-26
25 Mehdiabad qəsəbə 1 №li tam orta məktəb AZ 0118
20 Yanvar küçəsi
Babayev Pənah Məcnun oğlu 343-13-71
26 Mehdiabad qəsəbə 2 № li tam orta məktəb AZ 0118
20 yanvar küçəsi
Süleymanov Vüsal Məhəmməd oğlu 343-10-81
27 Mehdiabad qəsəbə 3 №li tam orta məktəb AZ 0118
Q.Qarayev küçəsi
Camalova Afət Zakir qızı 343-28-76
28 Mehdiabad qəsəbə 4 №li tam orta məktəb AZ 0118
Sülh küçəsi
Cavadzadə Elnurə Loğman qızı 409-36-61
29 Mehdiabad qəsəbə 5 №li tam orta məktəb AZ 0118
Mehdiabad qəsəbəsi
Əkbərova Samirə Cabbar qızı -
30 Novxanı kənd 1 №li tam orta məktəb AZ 0119
Novxanı kəndi
Mirzəyeva Taliə Haşim qızı 348-34-24
31 Novxanı kənd 2 №li tam orta məktəb AZ 0119
Z.Əliyeva küçəsi
Kazımov Xanverdi Tağı oğlu 348-12-95
32 Fatmayi kənd tam orta məktəb AZ 0113
Fatmayı kəndi
Nadirov Nuru Ağabala oğlu 340-00-24
33 Görədil kənd tam orta məktəb AZ 0122
Görədil kəndi
Heydərova Rəmziyyə Mehdi qızı 340-61-47
34 Diğah qəsəbə tam orta məktəb AZ 0127
H.Rəhmanov küçəsi 9
Abdullayev Adil İdris oğlu 340-85-43
35 Məmmədli kənd tam orta məktəb AZ 0125
Məmmədli kəndi
Hüseynova Könül Vahid qızı 340-41-19
36 Güzdək qəsəbə tam orta məktəb AZ 0114
Güzdək qəsəbəsi
Əliyeva Sevil Tofiq qızı 345-42-01
37 Aşağı Güzdək qəsəbə tam orta məktəb AZ 0111
Aşağı Güzdək qəsəbəsi
Kərimova Xuraman Vaqif qızı 345-00-14
38 Pirəkəşkül kənd tam orta məktəb AZ 0120
Pereküşkül hərbi şəhərciyi
Qasımova Turə İbrahim qızı 408-21-79
39 Çaylı kənd tam orta məktəb AZ 0124
Çaylı kəndi
Həşimova Nihalə Tələt qızı 345-60-47
40 Qobustan kənd ümumi orta məktəb AZ 0124
Qobustan kəndi
Həsənova Əlvan Biman qızı 345-64-02
41 Əliquluqışlaq kənd ümumi orta məktəb Qaradağ rayonu, Səngəçal qəsəbəsi Şirinova Minə Nadir qızı -

 

ƏƏSM nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi

S/s Müəssisənin adı Ünvanı Direktorun soyadı, adı və atasının adı İş telefonu
1 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17 Səfərova Pərvanə Əli qızı 344-10-99

 

Keçidlər