Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar

15 avqust 2022 | 16:13

Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın digər sahələrə olduğu kimi, təhsil sahəsinə də göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların bacarıq və qabiliyyətlərinin stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, məktəblilərimizin dünyanın mötəbər bilik yarışlarında uğurlu çıxışları davam edir.

Son illər Abşeron məktəbliləridə istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli müxtəlif növ yarışlarda xüsusi fəallıqları ilə seçilirlər. Bütün bunlar isə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitin və ümumiyyətlə Abşeron rayonunda təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

31 iyul-1 avqust tarixlərində İngiltərədə keçirilən, 30-a yaxın ölkədən 400-dən artıq şagirdin iştirak etdiyi Teeneagle (tiniql) beynəlxalq ingilis dili olimpiadasının final mərhələsində ölkəmizin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 şagird iştirak edib və 7 qızıl, 6 gümüş, 13 bürünc medala layiq görülüblər.

Qaliblər arasında Abşeron məktəbliləridə var. Beləki, Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Əli Şirinov, Masazır 5 nömrəli tam orta məktəbin şagirdi Zəhra Bağırova və Xırdalan şəhərində yerləşən Zirvə liseyinin şagirdi Sahib Nəsurullayev qızıl, Masazır 3 nömrəli tam orta məktəbin şagirdi Firəngiz Süleymanova, Zirvə liseyinin şagirdi Rəna Axundova gümüş, Masazır 5 nömrəli tam orta məktəbin şagirdi İnci Məmmədzadə və Zirvə liseyinin şagirdi Yavru Rəhmli bürünc medal qazanıblar.

Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda abşeronlu müəllimlərin fədakar əməyinin bəhrəsidir.

Məlumat üçün bildiririk ki, “TEENAEGLE” (Beynəlxalq ingilis dili olimpiadası) müsabiqəsi dünyanın bir çox ölkələrində V-XI sinif şagirdləri arasında keçirilir. Azərbaycanda ilk dəfə olaraq ölkə üzrə bu il fevralın 12-də Zirvə liseyində təşkil olunub. Müsabiqədə ölkədə fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələri üzrə təhsil alan V-XI sinif şagirdləri ingilis dili müsabiqəsində iştirak edib və müvafiq olaraq ümumilikdə 147 şagird qızıl, gümüş, bürünc medallar qazanaraq ölkəmizi digər iştirakçı ölkələr arasında tanıdıblar. Mükafatlandırma mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Təhsil Nazirliyi Aparatının Lisey və gimnaziyalarla iş şöbəsinin sektor müdiri Fuad Qarayevdə iştirak etmişdir.

Keçidlər