Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhid ailələrinin və qazilərin yaşadığı Yaşayış Kompleksində iməclik keçirilib

05 sentyabr 2022 | 16:38

Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən Müharibəsi qəhrəmanlarının yaşadığı yeni Yaşayış Kompleksində genişmiqyaslı iməclik keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan iməclikdə rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları iştirak edib.
İməclik zamanı kompleksin ətrafı məişət tullantılarından, alaq otlarından təmizlənib və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb.
Mövcud ağac və gül kollarının ətrafı bellənib və suvarılıb.
Kompleks sakinlərinin istək və arzularına uyğun olaraq ərazidə stadionun tikintisi ilə əlaqədar olaraq Abşeron RİH-i tərəfindən müvafiq layihələndirmə işləri aparılıb, inşaat işləri üçün hazır vəziyyətə gətirilib.
Məlumat üçün bildirək ki, rayon ərazisində iməcliklərin keçiriliməsi, yaşıllıqların salıması və ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər