Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib

02 avqust 2022 | 17:28

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu prosesdə şagirdlərə köməyi zəruri edir. Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən də gənclərin peşə yönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür.

Abşeron rayonunda avqustun 2-də “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib. Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə keçirilən seminarda Abşeron RİH və Abşeron-Xızı Regional Təhsil İdarəsin əməkdaşları, 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər. Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

İştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib.
Məlumat üçün bildiririk ki, Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə - bacarıq, maraq, istək, qabiliyyət üzrə özünü tanımasıdı.

Keçidlər