Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda yeni yaşıllıq sahələri salınır

24 avqust 2022 | 14:18

Abşeron rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində və Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında təşkil edilib.

Keçirilən yaşıllaşdırma aksiyasında Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində 400 aliandr əkilib, 1000 kvadratmetr qazon vurulub və ərazidə təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.

Abşeron rayon sakinlərinin sevimli istirahət guşələrindən olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da yaşıllaşdırma işləri aparılıb.
İstirahət mövsümü ərəfəsində parkın ərazisində qazon örtüyü yenilənib və yeni yaşıllıq zolaqları salınıb.

Keçidlər