Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda şəhidlər yad edilmişdir

05 noyabr 2022 | 16:00

Xalqımızın şanlı qələbə qazandığı Vətən Müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş abşeronlu şəhidlərin anım günlərində yad edilməsi davam etdirilir. Şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov, Zaur Ələsgərli, Emil Əhmədov, Teymur Quliyev, Səbuhi Məcidov, Əli Əliyev, İlkin Abdullayev, Bəhruz Əhmədovun anım günləri, o cümlədən Tural Məmmədovun doğum günü qeyd edilmişdir.

Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət etmiş, qəhrəmanlarımız ehtiramla anılmışdır.

Görüşlərdə, eləcə də keçirilən anım tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolunun olmamasından, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışılmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilmişdir.

Ölkəmizin hər yerində olduuğu kimi, Abşeron rayonunda da “Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Xırdalan şəhərində şəhidlərimizin əziz xatirəsinə Xatirə Kompleksinin inşa olunduğunu və tezliklə açılışının olacağını vurğulayan RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onları ziyarət etmişdir.

Şəhid ailələri və qazilər də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulamış, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Keçidlər