Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib

21 fevral 2023 | 15:42

Vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Aşağı Güzdək, Digah, Qobu qəsəbələri, Məmmədli və Novxanı kəndlərində baş tutan görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən surətli abadlıq-quruculuq işlərindən məlumat verən RİH başçısı bildirmişdir ki, Azərbaycan öz gücünə rayon və kəndlərimizi yenidən qurur və soydaşlarımız yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlar.

Abşeron rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri barəsində sakinlərə məlumat verən Abdin Fərzəliyev bildirmişdir ki, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Qeyd edilmişdir ki, 2023-cü ilin əvvəlindən Masazır, Novxanı, Fatmayı və Görədil kəndlərinin küçələrinə ümumilikdə 7.500 m2 əraziyə asfalt, 2.000 m3 qırmadaş tökülərək yayılmış, Saray və Ceyranbatanda 300 metr məsafəyə bordür düzülmüşdür. Qobu qəsəbəsində isə yağış sularının axıdılması məqsədi ilə 400 metr məsafədə boru xətti çəkilmişdir. O cümlədən, rayon ərazisində 111 km uzunluğunda küçələrin işqlandırılması işlərinin artıq 80 faizi yekunlaşmışdır.

Kənd və qəsəbələrdə daxili küçələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan RİH başçısı həftəsonları rayon ərazisində təmizlik-abadlıq işlərinin aparıldığını və bu tədbirlər çərçivəsində ilin əvvəlindən 750 ədəd müxtəlif həmişəyaşıl ağaclarının əkildiyini qeyd etmişdir.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər