Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib

15 iyun 2022 | 08:36

Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Abşeron rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmatçılar arasında təsnifat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan mükafatlanma mərasimində çıxış edən Abşeron RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən olan 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılmışdır. Milli Qurtuluş Günü xalqımız üçün əsl qurtuluş tarixidir.
Sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev və Respublika dərəcəli hakim, məşqçi-müəllim Ruhəngiz Dibirova çıxış edərək qeyd ediblər ki, 15 iyun Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan əbədiyaşar Heydər Əliyevdir. Qədirbilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur.
Ümumilikdə 82 yeniyetmə şahmatçının mübarizə apardığı turnirin qaliblərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər