Şriftin ölçüsü :

Saytın rəngi :

Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi.

08 avqust 2022 | 17:53

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilərlə birgə Xırdalan şəhərindəki Şəhidlər xiyabanında və İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə çiçəklər düzülüb.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən, 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz edib, din xadimləri şücaətli Ordumuzun qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçiriblər.

Keçidlər