Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına inşa edilmiş daha bir bağça istifadəyə verildi

25 dekabr 2013 | 16:00

        Bu gün Abşeron rayonu Digah qəsəbəsində Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yeni inşa olumuş 4 qrupluq, 80 yerlik Digah qəsəbə uşaq bağçasının açılış mərasimi keçirimişdir.Açılış mərasimində iştirak edən Rayon rəhbəri çıxışında Abşeron rayonu Digah qəsəbəsində indiyədək görülmüş işlər və gələcəkdə görüləcək işlər haqqında danışıb.Açılış mərasimindən sonra rayon rəhbəri və  rəsmiləri bağça ilə tanış olaraq, otaqlardakı şəraitlə yaxından tanış olmuşlar.Sonda rayon Rəhbəriliyi tərəfindən  alınmış bayram sovqatı  Şaxta baba tərəfindən balca fidanlara paylanıb.

Xatırladaq ki, bağçanın ümumi sahəsi 714 kv.metr, otaqların sayı  20-dir.

 

Keçidlər