Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Qobu qəsəbəsində inşa edilmiş Mədəniyyət evinin açılış mərasimi olmuşdur

25 dekabr 2013 | 16:00

    Bu gün  Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına inşa edilmiş 220 tamaşaçı-yerlik Qobu qəsəbə mədəniyyət evinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimdə Abşeron Rayon İcra Hakimyyətinin Başçısı cənab Zakir Fərəcov və digər rayon  rəsmilər iştirak etmişlər.İlk öncə rayon rəhbəri cənab Zakir Fərəcov  Respublikamızın Prezidenti İlham Əliyev cənablarını doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edib,ona işlərində uğurlar arzulayıb.

Rayon rəhbəri çıxışında  Qobu qəsəbəsində yeddi il ərzində aparılmış quruculuq və abadlıq işlərindən danışıb və çıxışında onuda  vurğulayıb ki, tezliklə Qobu qəsəbəsində müasir idman kompleksi də inşa ediləcək.
Daha sora cıxış edən qəsəbə ağsaqqalı davamlı görülən quruculuq və abadlıq işlərinə görə rayon rəhbəri cənab Zakir Fərəcova qəsəbə sakinləri adından öz minnətarlığını bildlrib.Mədəniyyət evinin otaqları və şəraiti ilə tanışlıqdan sora musiqili konsertlə tədbir yekunlaşdırılıb.

    Diqqətinizə catdırımk ki, Mədəniyyət evinin ümumi sahəsi 1400 kv.metrdir.Bina iki mərtəbəli olmaqla 28 otaqdan və 220 tamaşaçı yerlik zaldan ibarətdir.Binada xalçaçılıq sexi, Qobu qəsəbi musiqi məktəbi, kitabxana,xoreqrafiya, rəssamlıq və incəsənətin digər növlərinə aid dərnəklərin, eləcədə mədəniyyət evinin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılmışdır.

 

Keçidlər