Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilmişdir.

19 mart 2013 | 16:00

     18 mart 2013 – cü il  tarixdə  Novruz bayramı münasibəti ilə Xırdalan şəhəri, H.Əliyev adına mədəniyyət və istirahət parkında  ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov, hüquq-mühafizə  orqanlarının rəhbərləri , rayon ictimaiyyəti  nümayəndələrinin  iştirak etmişdir. Ilk öncə tədbir iştirakçıları Xırdalan şəhəri , H.Əliyev adına mədəniyyət və istirahət parkında  Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək, abidə  önünə tər qərənfillər düzərək,onun əziz xatirəsini yad etdilər.
     Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov  açaraq rayon əhalisini xalqımızın çoxəsirlik tarixi ənənələrini özündə birləşdirən Milli Bayramımız olan – Novruz bayramı münasibəti ilə təbrik etmiş və onlara can sağlığı, xoşbəxtlik və süfrələrinə bol ruzi, bərəkət arzulamışdır. Daha sonra bayram şənliyi konsert proqramı ilə  H.Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilmişdir.
     Tədbirdə Novruz bayramı münasibəti ilə  H.Əliyev adına mədəniyyət və istirahət parkında  məktəblilərin gül müsabiqəsi, rəsm müsabiqəsi, əl işləri müsabiqəsi keçirilmişdir.  Rayon Mədəniyyət və Turizm şöbəsinin, kollektivinin  hazırladıqları şən və rəngarəng bayram proqramı rayon sakinləri tərəfindən  böyük sevinc və bayram əhval ruhiyyəsi ilə qarşılandı.  Tədbirdə tonqallar alovlanmış, milli adət və ənənələr yad edilmiş, meydana dəvələr, çapar atlılar daxil olmuşdur. Daha sonra faytonda  meydana daxil olan  Bahar qızı, əlində od tutmuş Dədə Qorqud , keçəl və kosanın  çıxışları bayram şənliyinə coşğun bir  abu – hava  gətirmişdir.  Gənc idmançiların nümunəvi çıxışları da həmçinin maraqla qarşılanmışdir.                                             Tədbir axşam saatlarında atəşfəşanlıqla sona yetmişdir.

Keçidlər