Şriftin ölçüsü :

Saytın rəngi :

“8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilmişdir.

08 mart 2013 | 16:00

07 mart 2013-cü il tarixdə “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcov  bayram münasibətilə qadınları təbrik edərək onlara bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı. Eyni zamanda qeyd etmişdir ki, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. İcra başçısı gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkürəsinə bağlılıq ruhunda tərbiyəsi işində qadınların xüsusi rolundan danışmışdır. Daha  sonra  çıxış edənlər bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər və onlara öz işlərində müvəfəqiyyətlər arzuladılar.Bir qrup qadınlar qazandığları uğurlara görə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.Sonda  rayon Mədəniyyət və Turizm şöbəsinin  hazırladığı konsert proqramı təqdim olundu.

Keçidlər