Şriftin ölçüsü :

Saytın rəngi :

Gül bayramı

11 may 2012 | 15:00

10 may 2012-ci il tarixdə ölkəmizin hər bir guşəsində olduğu kimi Abşeron rayonunda da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü və "Gül bayramı" münasibətilə müxtəlif tədbirlər təşkil edilmişdir. Belə tədbirlərdən biri Ulu Öndərin adını daşıdığı Xırdalan şəhər Mədəniyyət və İstirahət parkında keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidə kompleksinin önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir rayon musiqi kollektivlərinin konsert proqramı və atəşfəşanlıqla gecə saatlarınadək davam etmişdir.

Keçidlər