Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

06 oktyabr 2022 | 14:18

05 Oktyabr 2022-ci il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilər keçirilib. Seçki prosesi canlı olaraq saat 09:00-dan 13:00-dək Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində yayımlanıb.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilib. Belə ki, müraciət edən 170 təşkilatdan 132 - si səsvermədə iştirak edib.

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsinin təşkili məqsədi ilə yaradılan komissiyanın qərarına əsasən rayonda əhalinin sayının çoxluğu, ərazinin böyüklüyü və yaşayış məntəqələri arasında məsafənin böyük olması səbəbindən İctimai Şuranın üzvlərinin say həddinin 15 nəfər olması qəbul edilib.

Beləliklə, səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən 20 nəfər namizəd içərisindən 15-i gizli səsvermə yolu ilə seçilib.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.14-cü bəndinə əsasən seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən (5 oktyabr 2022-ci il) 20 gün müddətində ilk iclasını keçirməklə İctimai Şura fəaliyyətə başlayır. Keçiriləcək iclasda 15 nəfərdən ibarət üzvlər içərisindən İctimai Şuraya sədr, sədr müavini və katibi səsvermə yolu ilə seçilir.

 

05 Oktyabr 2022-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçilən üzvlərin SİYAHISI

 

İsmayılova Xatirə Yolçu qızı - "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını-Tanıma" İctimai Birliyin üzvü

 Əkbərov İntiqam İlqar oğlu - "Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyin  üzvü

 Vəlizadə Vəli İlqar oğlu - "Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası" İctimai Birliyin

 Abbasova Vəfa Zahid qızı - "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin üzvü  

Hacıyeva Fatma Siyavuş qızı - "Vəfa" sosial problemlərin həllinə dəstək  ictimai birliyinin sədri

İsmayılov Rahim Rafiq oğlu - "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyin  üzvü

Axundova Nuranə Tofiq qızı - "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai  Birliyin üzvü

Abdıyeva Əzizə Elbəyi qızı - "Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə  Dəstək" İctimai Birliyin üzvü

Quliyev Elçin İbrahim oğlu - "Polisə Dəstək" İctimai Birliyin üzvü

Pələngov Əbülfət Qulam oğlu - "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyin üzvü

Fərhadov Sudeyf Tərlan oğlu - "Qan Donorları Assosiasiyası" İctimai Birliyin üzvü

Zeynalov Zamin Maarif oğlu - "Azərbaycan Jurnalistlər" Birliyin üzvü

Nuriyeva Zülfiyyə Səfər qızı - "Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri

Əsgərova Aytən Yaşar qızı - "Dialoq və İnkişaf Naminə" İctimai Birliyin üzvü

Qasımov Qubad İmamqulu oğlu - “İstedadlı Əlillər " İctimai Birliyinin sədri

 

 

Keçidlər